Cuanşer Burçuladze Slovakiya Xarici İşlər və Avropa məsələləri üzrə naziri ilə görüşdü

Gürcüstanın müdafiə naziri, Cuanşer Burçuladze Slovakiyaya səfəri çərçivəsində Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri ilə görüşdü.

Gürcüstanın müdafiə naziri İvan Korçok ilə görüşündə iki ölkə arasında dostluq münasibətlərinə xüsusilə qeyd etdi, sıx partnyorluğun gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi.

Cuanşer Burçuladze İvan Korçoka Gürcüstanın Müdafiə Qüvvələrində aparılan islahatlar, müdafiə sahəsində Avropaya inteqrasiya sahəsində praktiki mexanizmlər, NATO-Gürcüstan zərfi (SNGP) çərçivəsində əldə olunan uğurlar barədə məlumat verdi və beynəlxalq partnyorlarla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirdi.

Gürcüstanın müdafiə naziri Slovakiya Respublikasında rəsmi səfərdədir. Ona həmkarı, Yaroslav Nadi ev sahibliyi edir. Səfər çərçivəsində Cuanşer Burçuladze Milli Şuranın Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri ilə də görüşüb.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.