Çovelidze küçəsinin kəsişməsindən Mixeil Cavaxişvili küçəsinədək yol hissəsinin açılmasından sonra, sentyabrın 11-dən etibarən nəqliyyatın hərəkəti üzrə müvəqqəti sxem dəyişdiriləcək

14:53, 10.09.2026

Rustaveli prospektinin reabilitasiyası çərçivəsində Çovelidze küçəsinin kəsişməsindən Mixeil Cavaxişvili küçəsinədək yol hissəsinin açılmasından sonra, sentyabrın 11-i saat 00:00-dan etibarən nəqliyyatın hərəkəti üzrə müvəqqəti sxem dəyişdirilir. Bu barədə Tbilisi meriyası məlumat yayıb.

Meriyanın məlumatına görə, Filarmoniya Konsert Salonunun tərəfindən hərəkət edən nəqliyyat vasitələri Rustaveli metro stansiyası istiqamətində həm Mixeil Cavaxişvili küçəsi, keçmiş Elbakidze enişi, həm də Qardaşlar Kakabadze küçəsi istiqamətində hərəkət edə biləcəklər.

“Cavaxişvili küçəsindən avtomobillər hərəkəti həm Qardaşlar Kakabadze küçəsi istiqamətində, həm də Filarmoniya tərəfə davam etdirə və sola dönərək Çovelidze küçəsinə keçə biləcəklər. Qardaşlar Kakabadze küçəsindən isə birbaşa Cavaxişvili küçəsinə, həmçinin sola dönərək Filarmoniya istiqamətinə hərəkət mümkün olacaq.

Bu ərazidə hərəkət edən ictimai nəqliyyatın müvəqqəti marşrutu da dəyişir. 301, 305, 306, 308, 309, 310, 314, 326, 331, 337, 342, 345, 352, 358, 359, 388, 391 və 397 nömrəli avtobuslar, həmçinin 457, 472, 532, 540 və 541 nömrəli mikroavtobuslar Melikişvili prospektindən hərəkəti Rustaveli metro stansiyası istiqamətində davam etdirəcək və Mixeil Cavaxişvili küçəsi ilə Mtkvarinin sağ sahilinə çıxacaqlar. Buradan Barataşvili küçəsi ilə əlaqələnərək müəyyən edilmiş sxem üzrə hərəkət edəcəklər.

Əks istiqamətdə isə Kostava küçəsi ilə əlaqə yaratmaq üçün eyni qaydada Mtkvarinin sağ sahilindən və Mixeil Cavaxişvili küçəsindən istifadə olunacaq.

Mixeil Cavaxişvili küçəsində bələdiyyə nəqliyyatı üçün iki dayanacaq fəaliyyət göstərəcək – 8 nömrəli binanın qarşısında və qarşı tərəfində, həmçinin 14 nömrəli binanın qarşısında və qarşı tərəfində”, – meriyanın yaydığı məlumatda bildirilir.

Oxşar