Corciya Meloni ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüb
Corciya Meloni ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüb

İtaliyanın baş naziri Corciya Meloni ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüş keçirib. Bu barədə İtaliya mediası məlumat yayıb.

Corciya Meloni ABŞ rəsmiləri ilə İtaliyanın ev sahibliyi edəcəyi 2026-cı il Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimindən öncə görüşüb.

“Vitse-prezidentlə sonuncu dəfə Roma Papasının inauquratsiya mərasimində görüşmüşdük və bu gün yenidən Olimpiya Oyunlarının açılış mərasimindən əvvəl bir araya gəlirik. Bu iki hadisə Avropa ilə Birləşmiş Ştatları, bütövlükdə Qərbi birləşdirən dəyərlər sistemini əks etdirir. Bu isə əməkdaşlığımızın, dostluğumuzun və birlikdə qurmaq istədiyimiz gələcəyin əsasını təşkil edir”, – deyə Corciya Meloni ABŞ-ın vitse-prezidenti və dövlət katibinə bildirib.