Johann Wadephul: Rusiyanın aktivlərinin müsadirəsi məsələsi gündəlikdən çıxarılıb
Rusiyanın aktivlərinin müsadirəsi məsələsi gündəlikdən çıxarılıb. Bu barədə Almaniyanın xarici işlər naziri Johann Wadephul bildirib.
Vadefulun sözlərinə görə, Ukraynaya 90 milyard avro məbləğində kreditin ayrılması ilə bağlı Macarıstanın vetosuna baxmayaraq, Avropa İttifaqı Kiyevə dəstəyin rusiyaya məxsus dondurulmuş aktivlərin istifadəsini nəzərdə tutan alternativ variantına qayıtmayacaq.
“Bu məsələ qəti şəkildə həll olunub”, – deyə Almaniyanın XİN rəhbəri vurğulayıb.
Vadeful bildirib ki, Avropa İttifaqı 90 milyard avro məbləğində kredit kimi çox yaxşı alternativ alət tapa bilib və bu təşəbbüsü bloklayan Macarıstanın mövqeyini tənqid edib.
“Macarıstan öz azadlıq uğrunda mübarizəsinə xəyanət edir”, – deyə o qeyd edib.
Bundan əvvəl isə Ursula von der Leyen bəyan edib ki, Avropa İttifaqı Ukraynaya vəd olunan dəstəyi göstərmək üçün yol tapacaq.