Co Pauell - Girogi Kvirikaşvili Açıq İdarəçilik Partnyorluğu Sammitində bütün dünyadan gələn siyasi liderlərə nümunə göstərə bilər
Co Pauell - Girogi Kvirikaşvili Açıq İdarəçilik Partnyorluğu Sammitində bütün dünyadan gələn siyasi liderlərə nümunə göstərə bilər

Açıq İdarəçilik Partnyorluğu Katibliyinin icraçı direktoru müavini, Co Pauell məktub yayır ki, burada da Gürcüstanın əldə etdiyi uğurlardan söhbət gedir.

Co Pauellin yazdığına görə, Tbilisi iyulda 75-dən artıq ölkədən dövlət başçılarına, nazirlərə və ictimai xadimlərə ev sahibliyi edəcək. Bu Gürcüstanda tarix boyu keçirilən ən böyük beynəlxalq görüşlərdən biri olacaq. Bu tədbirdə Gürcüstana imkan verilir ki, dünyaya daha artıq ümidli yolu – vətəndaşlara orientləşdirilmiş yolu göstərsin.

“Freedom House-a əsasən, 2017-ci ildə, demokratiya son on illər ərzində ən cidii böhranla qarşılaşdı. Açıqlığın tərəfdarı siyasətçilər bir çox yerdə qapalı hökumətin yaranmasını dayandıra bilmədilər. Gürcüstan “Açıq İdarəçilik Partnyorluğunun” (OGP–Open Government Partnership) həmsədri məhz elə bu kontekstdə oldu. Bu isə böyük nailiyyətdir və onun etirafıdır ki, ölkə 2003-cü ildən sonra nə qədər irəli getdi. 

Beynəlxalq diqqət mərkəzində olan Gürcüstan bir çox nailiyyətdən danışa bilər. 2017-ci ili açıq büdcə indeksinə əsasən, maliyyə şəffaflığı baxımından Gürcüstan dünyada 5-ci yerdədir. Bununla Gürcüstan köhnə demokratiyadan, məsələn Böyük Britaniyadan və ABŞ-dan irəlidədir. Gürcüstan Ədliyyə Evi ideası bir neçə ölkəyə eksporta çıxarıldı. Başqa ölkələr bu islahatlar nəticəsində əldə olunan təcrübə ilə paylaşa bilərlər”, – Co Pauell yazır.