Co Bayden “Milton” qasırğası ilə əlaqədar Floridanın əhalisinə müraciət edib
ABŞ Prezidenti Co Bayden Floridanın əhalisinə bir daha müraciət edib.
Bayden, “Milton” qasırğasının 3-cü kateqoriya ilə qiymətləndirilməsinə baxmayaraq, insanların ehtiyatlı olması gərəkdiyini bildirib. Bundan əvvəl isə sinoptiklərin “Milton”a maksimum, beşinci kateqoriyanı verdiyi məlum idi.
“Heç kim çaşqınlıq yaşamamalıdır. Bunun ötən əsr boyunca Florida ştatında qeydə alınmayan ən dağıdıcı qasırğalardan biri olacağı yenə də gözlənilir” – Bayden qeyd edib.
ABŞ Prezidenti bir daha Florida əhalisini təxliyyə əmrinə tabe olmağa çağırıb.
“Bəzən sadəcə bir neçə mil hərəkət etmək ölüm-dirim məsələsi ola bilər” – Co Bayden bildirib.
Xatırladaq ki, ən güclü qasırğalardan biri olan “Milton” Floridaya yaxınlaşır. Bir milyondan çox insanın təxliyyəsi əmri verilib. “Milton”un Floridanın hansı hissəsi üçün daha çox dağıdıcı olacağını hələlik bilmirlər, lakin qasırğanın Florida ştatının sıx məskunlaşılmış Tampa şəhərini vuracağını ehtimal edirlər. “Milton” qasırğasının gücü dünənki günlə müqayisədə iki dəfə artıb və daha da genişlənəcəyi gözlənilir. Bu o deməkdir ki, onun fəlakətli nəticələri daha böyük ərazidə hiss olunacaq.