Co Bayden - Çindən ayrılmağa çalışmırıq, münasibətləri yaxşılığa doğru dəyişməyə çalışırıq, məqsəd normal ünsiyyət kursuna qayıtmaqdır
Co Bayden - Çindən ayrılmağa çalışmırıq, münasibətləri yaxşılığa doğru dəyişməyə çalışırıq, məqsəd normal ünsiyyət kursuna qayıtmaqdır

 
ABŞ Prezidenti Co Bayden mediaya Çin Prezidenti Si Dzinpinlə görüşdən gözləntiləri barədə danışıb.

Baydenin dediyi kimi, onun məqsədi Çinlə, o cümlədən hərbi nöqteyi-nəzərdən normal əlaqəni bərpa etməkdir.

“Məqsəd normal ünsiyyət kursuna qayıtmaq, böhran zamanı bir-biri ilə danışa bilməkdir. Biz əmin olmalıyıq ki, hərbçilərimiz hələ də bir-biri ilə əlaqə saxlayır. Sizə dediyim kimi, biz Çindən ayrılmağa çalışmırıq, amma etməyə çalışdığımız şey münasibətləri yaxşılığa doğru dəyişməkdir” – deyə Bayden bildirib.

Co Bayden və Si Dzinpin noyabrın 15-də görüşəcəklər. İki ölkə lideri arasında danışıqlar San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində keçiriləcək.