Co Bayden – Biz vətəni qorumaq uğrunda mübarizədə ukraynalıları dəstəkləməyə davam edəcəyik
“Biz ukraynalılara vətənlərini qorumaq üçün apardıqları mübarizədə dəstəyimizi davam etdirəcəyik”, – ABŞ prezidenti Co Bayden bildirib.
“Putinin Ukraynaya qarşı təxribatsız və əsassız hücuma keçməsindən iki ay sonra Kiyev hələ də yerindədir. Prezident Zelenski və onun demokratik yolla seçilmiş hökuməti hakimiyyətdə qalır. Biz ukraynalılara vətənlərini qorumaq üçün apardıqları mübarizədə dəstəyi davam etdirəcəyik”, – deyə Bayden ABŞ prezidentinin “Twitter” hesabından sitat gətirib.