"CNN" - Kiyev və Vaşinqton "sülh planı"nın əksər məsələləri üzrə konsensusa nail olublar, lakin ən azı üç bənd üzrə razılığa gələ bilməyiblər
ABŞ və Ukrayna Amerika tərəfindən təklif edilən “sülh planı”nın əksər məsələləri üzrə konsensusa nail olublar, lakin fikir ayrılıqları hələ də mövcuddur və yekun mətn razılaşdırılmayıb – bu haqda məlumatı “CNN” danışıqlarla əlaqəli Ukrayna mənbəsinə istinadən yayır.
Medianın məlumatında, Kiyev və Vaşinqtonun “sülh planı”nın ən azı üç bəndi üzrə razılığa gələ bilmədiyi deyilir. “CNN”in xəbər verdiyi kimi, fikir ayrılığı ərazi güzəşti kimi həssas məsələyə, konkret olaraq ABŞ-nin Rusiyanın hələ almadığı Ukrayna ərazisinin bir hissəsinin Rusiyaya verilməsinə dair təşəbbüsünə aiddir.
“CNN”in məlumatında, ikinci məsələnin Ukrayna Silahlı Qüvvələrinin sayının 600 minə qədər məhdudlaşdırılması təklifinə aid olduğu deyilir. Mənbənin məlumatına əsasən, danışıqlar zamanı yeni rəqəm təklif edilib, lakin Kiyev razılaşmadan əvvəl əlavə dəyişikliklər istəyir.
Haqqında konsensusa nail olunmayan üçüncü məsələ Ukrayna tərəfindən NATO-ya qoşulmaqdan imtina edilməsi mövzusu ilə bağlıdır, bu da “CNN”in mənbəsinin dediyinə görə qəbuledilməzdir. Mənbə bildirib ki, bu cür güzəşt “pis presedent yaradacaq, bu isə faktiki olaraq Rusiyaya “üzvü belə olmadığı” NATO üzərində veto hüququ verəcək”.