"CNN" - ABŞ-Venesuela qeyri-rəsmi danışıqları zamanı Nikolas Maduro vəzifəsindən istefa verməyə hazır olduğuna işarə edib, lakin bu, ən azı 18 ay ərzində baş verməyəcək
"CNN" - ABŞ-Venesuela qeyri-rəsmi danışıqları zamanı Nikolas Maduro vəzifəsindən istefa verməyə hazır olduğuna işarə edib, lakin bu, ən azı 18 ay ərzində baş verməyəcək

 

ABŞ və Venesuela arasında əvvəl aparılmış qeyri-rəsmi danışıqlar zamanı Nikolas Maduro vəzifəsindən istefa verməyə hazır olduğuna işarə edib, lakin bu, ən azı 18 ay ərzində baş verməyəcək – bu haqda məlumatı “CNN” yayır.

Amerika televiziya şirkətinin məlumatına əsasən, ABŞ-nin bəzi rəsmi şəxslərinin bunun həll yolu ola biləcəyini düşünməsinə baxmayaraq, Ağ Ev sonda yalnız Maduronun dərhal istefasını nəzərdə tutan planı dəstəkləyəcəyi qənaətinə gəlib.

Eyni zamanda məlumat yayılıb ki, Maduro OPEC-ə məktub yazıb və ABŞ-ni Venesuelanın neft ehtiyatlarını zor tətbiq etməklə mənimsəməkdə günahlandırıb, Venesuela Milli Assambleyasının sədri isə ABŞ-ni gəmilərə son vaxtlar edilən hərbi hücumlar səbəbindən “qətl”də ittiham edib.