Jinvali–Şatili yol sahəsində avtonəqliyyatın hərəkəti qadağan edilib
Jinvali–Şatili yol sahəsində avtonəqliyyatın hərəkəti qadağan edilib

Dövlət əhəmiyyətli Jinvali–Barisaxo–Şatili avtomobil yolunun km53–km106 (Korsha–Şatili) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin yaydığı məlumatda deyilir.

Qurumun məlumatına görə, məhdudiyyətin səbəbi qar və buzlanmadır.

Avtomobil yolunun km1–km52 (Jinvali–Korsha) hissəsində isə avtonəqliyyatın hərəkəti sərbəstdir.