Jinvali-Barisaxo-Şatili yolunun hissələrində avtonəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib
Jinvali-Barisaxo-Şatili yolunun hissələrində avtonəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib – bu haqda Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.
“Qar səbəbilə, respublika əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 67 km–84 km (Xaxmati–Lebaiskari) hissəsində müvəqqəti olaraq bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. 52 km–66 km (Korşa–Xaxmati) və 85 km–106 km (Lebaiskari–Şatili) hissələrində isə yalnız yolsuzluq (iki və ya daha çox aparıcı oxu olan) avtonəqliyyat vasitələrinin hərəkətinə icazə verilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Avtomobil yolunun 1 km–51 km (Jinvali–Korşa) hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.