Jinvali-Barisaxo-Şatili yolunda Qiorqitsminda kəndi yaxınlığında avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır
Jinvali-Barisaxo-Şatili yolunda Qiorqitsminda kəndi yaxınlığında avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır

 

Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Jinvali-Barisaxo-Şatili yolunda Qiorqitsminda kəndi yaxınlığında avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır.

“Respublika əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 96-cı km-də (Qiorqitsminda kəndi) torpaq kütləsi düşüb, bu səbəbdən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır.

Əraziyə müvafiq texnika səfərbər olunub və suyun səviyyəsi enən kimi yolun təmizlənməsi işlərinə başlanılacaq” – məlumatda qeyd olunub.