Çində bildirirlər ki, ABŞ və Çin liderlərinin diplomatiyası iki ölkə arasındakı münasibətlərdə həlledici rol oynayır
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Li Cyanın sözlərinə görə, ABŞ və Çin liderlərinin diplomatiyası iki ölkə arasındakı münasibətlərdə həlledici rol oynayır.
“Dövlət başçılarının diplomatiyası Çin və ABŞ münasibətlərində əvəzsiz strateji və aparıcı rol oynayır. Hər iki tərəf prezident Trampın Çin səfəri ilə bağlı kommunikasiya aparmağa davam edir,” – deyə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Li Cyan yaxın Şərqdə davam edən münaqişədən də danışaraq bütün tərəfləri müharibəni dayandırmağa çağırıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinə görə, Çin deeskalasiyaya yönələn bütün səyləri dəstəkləyir və bu prosesdə “konstruktiv rol” oynamağa hazırdır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp may ayının ortalarında Çinə səfər edəcək