Çində ayaqqabı istehsalı müəssisəsində baş verən yanğın nəticəsində azı 28 nəfər həlak olub
Çinin Futszyan vilayətində ayaqqabı istehsalı müəssisəsində baş verən yanğın nəticəsində azı 28 nəfər həlak olub.
Yerli medianın məlumatına görə, yanğın başlayarkən müəssisədə 237 əməkdaş və iki qonaq olub. Binadan 213 nəfər təxliyə edilib, lakin onlardan ikisi xəstəxanada dünyasını dəyişib.
Medianın məlumatına görə, şirkətin sahibi və digər məsul şəxslər saxlanılıb, şirkətin bank hesabları isə dondurulub.
Məlumatda qeyd olunur ki, zavod əsasən ayaqqabı və geyim istehsalı ilə məşğul olub.
İlkin istintaq versiyasına əsasən, yanğın birinci mərtəbədə başlayıb. Həmin mərtəbədə tezalışan ayaqqabı materialları saxlanılırmış. Yanğının söndürülməsi üçün 500-dən çox yanğınsöndürən və xilasetmə əməkdaşı səfərbər edilib.