Cəzaicrası naziri Kaxa Kaxişvili prezident və Əfv Kommisiyası üzvləri ilə cümə axşamı görüşəcək
Cümə axşamı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Cəzaicrası naziri Kaxa Kaxişvili və Əfv Kommisiyası üzvləri arasında görüş baş tutacaq, – bu barədə prezident administrasiyasının rəhbəri, Giorgi Abaşişvili bəyan etdi.
“Gürcü Arzusu” və “Avropa Gürcüstanı” tərəfindən Gürcüstan prezidentinə qarşı edilən qeyriadekvat kampaniya fonunda, cənab nazir Kaxi Kaxişvilinin konstruktiv, işğüzar mövqeyini alqışlayıram.
Mən bu gün cənab nazir ilə əlaqə saxladım və biz razılaşdıq ki, cümə axşamı Gürcüstan prezidenti, Cəzaicrası naziri və Əfv Kommisiyası üzvləri arasında görüş baş tutacaq”, – Abaşişvili bəyan etdi.
Cəzaicrası və Probasiya naziri, Kaxa Kaxişvili Birinci Kanalın “Maka Sinsadze ilə aktual mövzular” verilişində qonaq olarkən bəyan etdi ki, prezident və onun administrasiyası ilə görüşməyə hazırdır.