Ceyk Sallivan – Ukraynanın demokratik yolla seçilmiş prezidenti müharibəni harada və necə aparacağına qərar verməlidir
Ukraynanın demokratik yolla seçilmiş prezidenti harada və necə müharibə aparacağına özü qərar verməlidir, – medianın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Ceyk Sallivan “Yalta Avropa Strategiyasının” 17-ci forumunda bəyan etdi.
“Ukraynanın demokratik yolla seçilmiş prezidenti Zelenski harda və necə müharibə aparacağına özü qərar verməlidir, çünki o, bu müharibənin məqsədlərinə görə Ukrayna xalqı qarşısında cavabdehdir. Bizim məqsədimiz, Amerika Birləşmiş Ştatları və müttəfiqlərimiz Ukraynanın məqsədlərinə çatmasına töhfə verməkdir. Amerika Birləşmiş Ştatlarının bu müharibədə əsas marağı istər danışıqlar yolu ilə, istərsə də döyüş meydanında Ukraynanın ərazi bütövlüyünün bərpasına töhfə verməkdir”, – Sallivan bəyan etdi.
Bunynka yanaşı ABŞ prezidentinin müşaviri Ukrayna qoşunlarının Ukraynanın cənubunda və Xarkov vilayətində əks-hücumunun müsbət nəticələrini qeyd etdi.
Bu əks-hücum, digər məsələlərlə yanaşı, onu göstərir ki, Rusiyanın işğal etdiyi əraziləri həmişəlik zəbt etdiyini və onları öz siyasi nizamına bürüyəcəyini sadəcə demək mümkün deyil. Bu, həm hərbi-taktiki, həm də siyasi-diplomatik səviyyədə mühüm siqnaldır. Biz Ukrayna Silahlı Qüvvələrinin səylərini logistika, təchizat, silah və texnika ilə dəstəkləyəcəyik”, – Sallivan qeyd etdi.