Ceyhun Bayramov - Maka Bocorişvili qeyd etdi ki, dövlətin siyasəti milli maraqlara əsaslanır, belə olan halda xarici güc nə qədər qüdrətli olsa da, suveren siyasət qarşısında acizdir
Ceyhun Bayramov - Maka Bocorişvili qeyd etdi ki, dövlətin siyasəti milli maraqlara əsaslanır, belə olan halda xarici güc nə qədər qüdrətli olsa da, suveren siyasət qarşısında acizdir

 

İlk növbədə qeyd etmək istərdim ki, bəzi böyük dövlətlərin digər müstəqil dövlətlərin daxili işlərinə qarışmaq cəhdi yeni tendensiya deyil, tarixdə belə hallar hər zaman olub. Yenilik nədir? Ehtimal ki, bu proseslər heç vaxt bu qədər açıq və aqressiv olmayıb – bu haqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı ilə birgə mətbuat konfransında deyib.

Jurnalist Bayramova Gürcüstanda qəbul edilən “Şəffaflıq qanunu” və bu qanuna dair Qərb dövlətlərinin qiymətləndirməsi haqda sual verib.

“Son illərdə biz bunun şahidi olduq. Gürcüstan və Azərbaycanı misal çəksəniz, bu, tamamilə düzgün nümunədir. Hesab edirik ki, bunun əsl səbəbi ölkələrimizin hansısa böyük güclərin sifarişi ilə deyil, suveren siyasət yeritməsidir. Bu halda biz onların hədəfinə çevrilirik. Azərbaycana gəlincə, biz ərazi bütövlüyümüzü bərpa etdik və buna görə bizi cəzalandırmaq istədilər. İstənilən metodu alət kimi istifadə etdilər. İstənilən bəhanə tapa bilərlər – ölkədə gedən proseslər. Məsələn, 2024-cü ildə böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi ilə bağlı ölkəmizə qarşı kampaniya başladılmışdı. Azərbaycanı hədəf seçdilər və ona qarşı ən pis vasitələrdən istifadə etdilər” – Bayramov qeyd edib.

Bununla yanaşı, Ceyhun Bayramovun bəyanatına əsasən, ölkələrin siyasəti milli maraqlara əsaslanır və xarici güc nə qədər qüdrətli olsa da, suveren siyasət qarşısında acizdir.

“Xanım nazirin qeyd etdiyi kimi, dövlətin həyata keçirdiyi siyasət milli maraqlara əsaslanır. Ölkələrimizin hakimiyyətləri xalqın maraqlarına və dəstəyinə əsaslanır. Belə olan halda xarici güc nə qədər qüdrətli olsa da, suveren siyasət qarşısında acizdir” – nazir bildirib.

Həmçinin, Azərbaycan XİN rəhbərinin sözlərinə əsasən, Gürcüstanla Azərbaycan arasında əlaqələr stabil olaraq inkişaf edir.

“Gürcüstan və Azərbaycan bir-birimizin ən müsbət inkişafında maraqlıyıq. Biz bir-birimizdən asılıyıq. Biz başqa ölkələrdə də, Gürcüstanda sabitlik, inkişaf, sülhün olmasında maraqlıyıq. Buna görə bizim nümunəvi dostluğumuz var. Biz bir-birimizin daxili işlərinə qarışmırıq. Hesab edirik ki, qonşular belə siyasət aparmalıdırlar. Bu halda, bizim belə problemlərimiz olmayacaqdı və sabit dünyamız olacaqdı” – Ceyhun Bayramov qeyd edib.

Material sinxron tərcüməyə əsasən hazırlanmışdır.