Ceyhun Bayramov - Gürcüstanın XİN rəhbərinə təklif etdim ki, xarici investorlar üçün Azərbaycanda yaradılan güzəştlərdən gürcü şirkətlər də yararlansınlar
Ceyhun Bayramov - Gürcüstanın XİN rəhbərinə təklif etdim ki, xarici investorlar üçün Azərbaycanda yaradılan güzəştlərdən gürcü şirkətlər də yararlansınlar

 
İnanıram ki, Gürcüstanın xarici işlər nazirinin səfəri və apardığımız danışıqlar gündəmimizi daha da zənginləşdirəcək – bu haqda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Gürcüstanın XİN rəhbərinə təklif edib ki, xarici investorlar üçün Azərbaycanda yaradılan güzəştlərdən gürcü şirkətlər də yararlansınlar.

“Azərbaycan dövləti tərəfindən xarici investorlar və şirkətlər üçün əlverişli şərait yaradılıb. Mən xanım nazirə bu şərtlərlə bağlı da məlumat verdim və gürcü şirkətlərin də bu güzəştlərdən yararlanmasını təklif etdim.

İnanıram ki, xanım nazirin bu səfəri və apardığımız danışıqlar gündəmimizi daha da zənginləşdirəcək” – Azərbaycanın xarici işlər naziri bildirib.

Sinxron tərcüməyə əsasən hazırlanmışdır.