Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək
Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək

ABŞ-ın vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək. Bu barədə erməni mediası məlumat yayıb.

Yayılan məlumata görə, Vens Ermənistana birgünlük səfər çərçivəsində gedəcək və səfər zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident fevral ayında sülh təşəbbüslərini davam etdirmək və “Tramp marşrutu” layihəsinin irəlilədilməsi məqsədilə Ermənistan və Azərbaycana səfər edəcək.

Tramp, həmçinin Ermənistanla “dinc nüvə əməkdaşlığına dair əla saziş” imzalamaq niyyətində olduğunu da bəyan edib.