Ceremi Hant – Gürcüstan ərazilərinin işğalı Rusiya ilə əlaqələri tənzimləməyə mane olan faktorlardan biridir
Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant 2008-ci ildə Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını Kremllə əlaqələrin tənzimlənməsinə mane olan faktor sayır. Bundan sonra Ceremi Hant Britaniya Analitik İnstitutu Policy Exchange-da keçirilmiş press-konfransda danışdı.
Birləşmiş Krallığın birinci diplomatı qeyd etdi ki, Rusiyanın davranışlarından əsaslanaraq, onunla əlaqənin yaxşılaşması ehtimalının çox az olduğunu qeyd etdi.
“Əvvəl dü.ünürdüm ki, Rusiya beynəlxalq hüquq sisteminin hissəsi olmaq istəyir. Çox xoşbəxt idik ki, Sovet İttifaqından fərqli olaraq onunla əlaqə imkanımız vardı. lakin, daha sonra, 2008-ci ildə Gürcüstan ərazilərinə, 2014-cü ildə isə Krım ərazilərinə işğal baş verdi. Bir neçə kiber hücum da oldu. Eləcə də, Solsberiyə kimyəvi hücumu da qeyd etmək lazımdır”, – Böyük Britaniyanın Xarici İşlər naziri bəyan etdi.
Press-konfrans zamanı Ceremi Hant qeyd etdi ki, Böyük Britaniya istəyirdi ki, Rusiya beynəlxalq hüquq sisteminə ayıtsın, lakin, Kremldə baş verənlər bunun əksini təsdiqləyir.