Cənubi Koreyada genişmiqyaslı yanğınla mübarizə aparırlar, 26 nəfər həlak olub

10:14, 27.03.2025

 

Cənubi Koreyada genişmiqyaslı yanğınla mübarizə aparırlar, 26 nəfər həlak olub, minlərlə insan isə evlərini tərk etməyə məcbur qalıb.

“BBC”nin yazdığı kimi, yanğın nəticəsində Uiseonq şəhərində 1300 illik məbəd məhv olub. Təbii fəlakət digər mədəniyyət abidələri üçün də təhlükə yaradır.

Güclü külək yanğının yayılmasına səbəb olub. Təbii fəlakət ilkin olaraq Uiseonq şəhərində başlayıb. İndiyədək 33 000 hektardan çox ərazi yanıb.

Yerli media bunun Cənubi Koreya tarixində ən böyük yanğın olduğunu yazır.

Oxşar