Cenevrədə beynəlxalq danışıqların 49-cu raundu keçiriləcək.
Gürcüstanın Xairi İşlər Nazirinin müavini Laşa Darsalianın dediyinə görə, görüşdə müzakirə ediləcək məsələlərin siyahısı olduqca kəskindir.
Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko isə, bəyan edir ki, Cenevrə diskussiyaları son zamanlarda dairədə dolanmağa oxşayıb, ancaq, o yenə də hərhansı bir nəticənin nail olacağına inanır.
“Bizim mövqeyimiz eynidir. Rusiyanın daxili siyasətinin gücü onun davamlı və dəyişməz olmasından ibarətdir. Cenevrə diskussiyalarını isə, biz, problemli regionların təhlükəsizliyini müzakirə etmək üçün mövcud olan yeganə vacib bir format olaraq, görürük” – dedi Rudenko.