"CBS News" - ABŞ və Ukraynanın rəsmi şəxsləri cari həftədə Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərinin mümkünlüyünü müzakirə edirlər
"CBS News" - ABŞ və Ukraynanın rəsmi şəxsləri cari həftədə Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərinin mümkünlüyünü müzakirə edirlər

 

ABŞ və Ukraynanın rəsmi şəxsləri cari həftədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərinin mümkünlüyünü müzakirə edirlər.

Bu haqda məlumatı “CBS News” mənbələrə istinadən yayır.

Medianın məlumatına əsasən, bu ehtimal ki, ABŞ Prezidenti Donald Trampın Şükran günü üçün Ukraynada sülh razılaşmasına nail olmaq səyləri çərçivəsində baş tutacaq.

“CBS News”un məlumatına əsasən, hazırda Zelenskinin səfəri ilə bağlı konkret planlar yoxdur, nə Rusiya ilə, nə də Rusiyada danışıqlar planlaşdırılır.

Bununla yanaşı, media Cenevrə danışıqlarının nəticələrindən birinin ABŞ ordusunun katibi Den Driskolun Rusiyaya səfər etməsi və ya başqa yerdə rus rəsmi şəxslər ilə görüş keçirməsi ola biləcəyini xəbər verir. Eyni zamanda, media hələlik belə bir şeyin planlaşdırılmadığını yazır.