Tea Sulukiani Vatikan Muzeylərinin direktoru ilə görüşdü
Tea Sulukiani Vatikan Muzeylərinin direktoru ilə görüşdü

Tea Sulukianinin rəhbərlik etdiyi Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin nümayəndə heyəti Vatikan Muzeylərində oldu və Muzeylərin direktoru Barbara İata ilə görüşdü.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Vatikan Muzeyində təcrübə proqramı, muzeyşünaslıq, laboratoriyaların işi, kuratorluq fəaliyyəti ilə maraqlandı. Həmçinin, söhbət zamanı Gürcüstandan tələbələrin, kuratorların, restavrator-konservatorların ixtisasartırma üçün Vatikan Muzeylərinə göndərilməsi imkanlarına da toxunuldu.

Onların sözlərinə görə, Barbaraİata müxtəlif təcrübə proqramlarından danışdı və nazirə bu istiqamətdə gələcək əməkdaşlıq vəd etdi.

Nazirliyin nümayəndə heyəti etnoqrafik, rəngkarlıq və qiymətli metalların konservasiya-restabvrasiya laboratoriyalarında da oldu, laboratoriyaların işinin xüsusiyyətləri, müasir texnologiyalar, iş şəraiti və əməyin mühafizəsi məsələləri ilə tanış oldu.