Şəxsən mənim üçün çox önəmlidir ki, Xorava Küçəsində baş vermiş cinayətlə bağlı cavablanmamış suallar qalmasın
Onun dediyinə əsaən, prokurorluq ictimai şəkildə qərar vermədi, çünki məhkəmə tərəfindən qərarın alınmasına bir neçə gün qalmışdı.
” Bu haqda ictimai şəkildə danışmadıq, çünki məhkəmə müzakirələri sona çatırdı və qərarın alınamsına bir neçə gün qalmışdı. Müvafiq olaraq, bizim çıxışımız məhkəmə qərarına təsir etməsind deyə, ictimai şəkildə bəyanat etmədik”, – İrakli Şotadze bildirdi.
Qeyd etdiyi kimi, Prokurorluq Xorava küçəsində baş vermiş cinayət işinin qərarı ilə razılaşmır və məhkəmənin bu qərarı nəyə əsaslanaraq aldığı barədə onun heç bir məlumatı yoxdu. İrakli Şotadzenin bəyanatına əsasən, Xorava küçəsində baş vermiş cinayət işinə xarici prokurorlar qoşulacaqlar.