Jan-Noel Barro – Məqsədimiz Putinə sanksiyalar tətbiq etməkdir ki, atəşkəsə məcbur edək və bu, dayanıqlı sülhün bərqərar olunmasının yolunu açacaq
Jan-Noel Barro – Məqsədimiz Putinə sanksiyalar tətbiq etməkdir ki, atəşkəsə məcbur edək və bu, dayanıqlı sülhün bərqərar olunmasının yolunu açacaq

Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiya üçün yeni sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edir.

O, bu barədə sosial şəbəkə “X”-də yazıb.

Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, dünyada heç kim təsəvvür etmir ki, “ukraynalılar imkan verəcəklər ki, işğalçı onların müstəqilliyini müqavimətsiz əlindən alsın”.

“Bizim məsuliyyətimizdir ki, Putinə qarşı sanksiyalar tətbiq edək və onu atəşkəsə məcbur edək, bu isə beynəlxalq hüququn prinsiplərinə əsaslanan dayanıqlı sülhün bərqərar olunmasına yol açacaq,” – deyə Barro bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Berlində amerikalı respublikaçı senator Lindsi Qrahamla görüş keçirib və Avropa İttifaqı ilə ABŞ-ın Rusiyaya qarşı gələcək sanksiyalarını müzakirə edib.