Jan-Noel Baro - Dünən Marko Rubio ilə danışdım, dövlət katibi ABŞ-nin Qrenlandiyaya hücum ehtimalını istisna etdi
Jan-Noel Baro - Dünən Marko Rubio ilə danışdım, dövlət katibi ABŞ-nin Qrenlandiyaya hücum ehtimalını istisna etdi

 

Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirir ki, Avropa ABŞ-nin Qrenlandiya ilə bağlı təhdidinə necə cavab verəcəyini nəzərdən keçirir.

O, bu gün alman və polşalı həmkarları ilə qeyd olunan məsələni müzakirə edəcəyini bildirib.

“Biz hərəkətə keçmək istəyirik, lakin bunu avropalı tərəfdaşlarımızla birlikdə etməliyik” – Fransanın xarici işlər naziri qeyd edib.

Bununla yanaşı, Baro Marko Rubio ilə telefonla danışdığını və bu zaman ABŞ dövlət katibinin Qrenlandiyada ABŞ-nin hərbi əməliyyatının mümkünlüyünü istisna etdiyini bildirib.

“Dünən ABŞ dövlət katibi Marko Rubio ilə danışdım. O, ABŞ-nin bu yanaşmanı seçmədiyini təsdiqlədi. Dövlət katibi ABŞ-nin Qrenlandiyaya hücum ehtimalını istisna etdi” – o, bildirib.