Jan-Noel Baro - Əziz Mark Rute, avropalılar öz təhlükəsizlikləri üçün məsuliyyət daşıya bilərlər və daşımalıdırlar
Jan-Noel Baro - Əziz Mark Rute, avropalılar öz təhlükəsizlikləri üçün məsuliyyət daşıya bilərlər və daşımalıdırlar

 

Xeyr, əziz Mark Rute, avropalılar öz təhlükəsizlikləri üçün məsuliyyət daşıya bilərlər və daşımalıdırlar – Fransanın xarici işlər naziri Jan-Noel Baro NATO-nun baş katibi Mark Rutenin Avropanın müdafiə imkanları ilə bağlı bəyanatına bu şəkildə münasibət bildirib.

Baro bildirib ki, ABŞ özü də Avropanın öz müdafiəsi üçün məsuliyyət daşıması ilə razıdır.

“Avropalılar öz təhlükəsizlikləri üçün məsuliyyət daşıya bilərlər və daşımalıdırlar, Amerika Birləşmiş Ştatları belə bununla razılaşır. Bu, NATO-nun Avropa sütunudur” – Baro sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, NATO-nun baş katibi Mark Rute bildirib ki, Avropa İttifaqı və ya ümumiyyətlə Avropa Amerika Birləşmiş Ştatları olmadan özünü müdafiə edə bilməz. Rute qeyd edib: “Əgər düşünürsünüzsə ki, Avropa İttifaqı və ya ümumiyyətlə Avropa ABŞ olmadan özünü müdafiə edə biləcək, o zaman xəyal qurmağa davam edin”.