Jan-Mari Le Pen 96 yaşında dünyasını dəyişib
Front national (FN) far-right party honorary president Jean-Marie Le Pen poses, on October 1, 2012 at his home in Saint-Cloud. AFP PHOTO BERTRAND GUAY
Fransalı siyasətçi, ifrat sağçı “Milli Cəbhə” partiyasının yaradıcısı Jan-Mari Le Pen 96 yaşında dünyasını dəyişib. Bu barədə Fransa mediası ailəyə istinadən məlumat yayır.
Jan-Mari Le Pen Fransa Milli Assambleyasının və Avropa Parlamentinin üzvü olub.
O, bir neçə dəfə Fransa prezidentliyinə namizəd olub. 2002-ci ilin seçkilərində o, gözlənilmədən solçuların əsas namizədi Lionel Jospini geridə qoyaraq ikinci tura çıxdı, lakin Jak Şiraka məğlub oldu.
İfrat sağçı “Milli Cəbhə”nin yaradıcısı Jan-Mari Le Pen 1972-ci ildən partiyanın başındadır. 2011-ci ildə onu partiya sədri vəzifəsində qızı Marin Le Pen əvəz etdi. 2015-ci ilin avqustunda siyasətçi antisemit bəyanatlarına görə partiyadan xaric edilib, lakin 2018-ci ilə qədər partiyanın fəxri sədri olub. 2018-ci ildə partiya adını dəyişərək “Milli Birlik” oldu.