Jan-Luk Melanşon – Düşünürəm ki, Emmanuel Makron bu aksiyaların hər həftə keçiriləcəyini anlayacaq və güzəştə getmək vaxtıdır, insanları bir-birinə qarşı qoymaq cəhdini dayandırın

19:11, 24.10.2026

 

Fransanın ultra-solçu “İtaətsiz Fransa” partiyasının lideri Jan-Luk Melanşon Fransa Prezidenti Emmanuel Makronu güzəştlərə getməyə çağırır.

Parisdə etiraz aksiyasında çıxış edən Melanşon bildirib ki, bu cür etiraz aksiyaları hər həftə keçiriləcək.

“Biz kollektiv intizam və təmkinlə seçilən miqyaslı xalq etirazını görürük. Düşünürəm ki, Emmanuel Makron bu aksiyaların hər həftə keçiriləcəyini anlayacaq və güzəştə getmək vaxtıdır. Ocağa yağ tökməyin, insanları bir-birinə qarşı qoymaq cəhdini dayandırın” -Melanşon açıqlayıb.

Bununla yanaşı, Melanşon bəyan edib ki, əgər Fransa Prezidenti aksiya iştirakçılarının tələblərinə cavab verməzsə, noyabrın 5-də ölkədə ümumi tətil keçiriləcək.

Oxşar