"Jan De Nul"un nümayəndəsi - Anaklia dərin su limanı regionda vəziyyəti dəyişdirəcək uzaqgörən layihədir
"Jan De Nul"un nümayəndəsi - Anaklia dərin su limanı regionda vəziyyəti dəyişdirəcək uzaqgörən layihədir

 

Anaklia limanı layihəsi, o cümlədən bizim şirkət üçün xüsusidir. Bu, regionda vəziyyəti dəyişəcək vizyoner, uzaqgörən layihədir. Layihə vasitəsilə Asiyadan Avropaya malların daşındığı Orta Dəhliz daha səmərəli olacaq. Beləliklə, şirkətimiz “Jan De Nul” olması lazım olan yerdədir – bu haqda “Jan De Nul”un Gürcüstan filialının direktoru Tim Devolder bildirib.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Panama kanalının genişləndirilməsi, Misirdə yeni Süveyş kanalı, Mərakeşdə yeni dəniz limanı, Nadorda, Hamburq limanının dərinləşdirilməsi layihəsi, Dubayın süni adası və sahili kimi qlobal layihələrin həyata keçirilməsində iştirak edən dünyanın ən böyük, yüksək nüfuzlu, təcrübəli, Avropa dəniz tikinti şirkətlərindən biri olan “Jan De Nul” Anakliada limanın akvatoriyasının dərinləşdirilməsi və dalğaqıranın layihələndirilməsi – tikinti işlərini həyata keçirir.

Şirkətin Gürcüstan ofisinin rəhbərinin qeyd etdiyi kimi, Anakliada dəniz infrastrukturu işləri layihəsi tam sürətlə davam edir.

“Biz həm də vəziyyəti dəyişən bir şirkətik və bu layihənin bir hissəsi olmaq istəyirik. Şirkətimiz dəniz infrastrukturunun tikintisində qlobal liderdir. Bizim dalğaqıranların tikintisi və sahil xəttinin dərinləşdirilməsində böyük təcrübəmiz var. Anakliada bu yeni limanın inkişafının bir hissəsi olmaq bizim üçün böyük şərəfdir” – Tim Devolder qeyd edib.