“Jan De Nul”un layihə direktoru – Anaklia limanı Gürcüstan iqtisadiyyatı üçün məşğulluğa, ölkənin ümumi daxili məhsulunun və qlobal ÜDM-in artımına dəstək verəcək mühüm layihədir
Anaklia dərin dəniz limanı Gürcüstan iqtisadiyyatı üçün həm məşğulluğun artmasına, həm də ölkənin ümumi daxili məhsulunun və qlobal ÜDM-in artımına dəstək verəcək mühüm layihədir – bu barədə Belçikanın “Jan De Nul” şirkətinin nümayəndəsi, Anaklia layihəsinin direktoru Erik Beyts bildirib.
Onun sözlərinə əsasən, “Jan De Nul” Anaklia dərin dəniz limanı layihəsində iştirak etməkdən qürur duyur.
“Yüksək səviyyəli və keyfiyyətli mühəndisliyi təmin etmək üçün biz beynəlxalq səviyyədə tanınmış “Royal Haskoning” mühəndislik şirkəti ilə əməkdaşlıq edirik. Ən yaxşı dizaynı yaratmaq məqsədilə, onlarla birlikdə effektivlikdən və ya keyfiyyətdən güzəştə getmədən optimallaşdırılmış layihə işləyib hazırladıq. Hazırda biz iki ən müasir gəmi ilə işləyirik, bunlar “Al Idrisi” və “Tristao da Cunha”dır, onların vasitəsilə gündə 70 000 kubmetrdən çox dəniz dibinin dərinləşdirilməsi işlərini həyata keçirə bilərik” – “Jan De Nul”un layihə direktoru qeyd edib.
Erik Beyts bildirir ki, şirkət dərinləşdirmə işlərini vaxtında yekunlaşdıracaq və 17,5 metr dərinliyində giriş kanalını təmin edəcək, bu da ən böyük gəmilərə Qara dənizə daxil olmaq imkanı verəcək.
“Bu layihənin reallaşdırılmasından və imkanlarımızın nümayiş etdirilməsindən çox qürur duyuruq. Ümid edirik ki, layihənin növbəti mərhələlərində də aparıcı mövqelərdə olacağıq” – “Jan De Nul”un layihə direktoru qeyd edib.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanqılı İnkişaf Nazirliyi yayıb.