Ətraf mühitin milli agentliyi - Çuberidə miqyaslı təbii fəlakət hadisəssinin təkrarlanması istisnadır
Ətraf mühitin milli agentliyinin mütəxəssisləri Çuberidə mövcud vəziyyəti öyrəndilər.
Birinci Kanalla söhbət zamanı agentlik geoloqlar departamentinin rəhbəri Merab Qaprindaşvili bəyan edir ki, ilkin nəticə ilə, oxşar miqyaslı təbii fəlakət hadisəssinin təkrarlanması istisnadır.
“Vəziyyəti öyrəndik və təyin etdik ki, vəziyyət 4 iyul tarixində çətinləşdi. Nenskra çayı yaxınlığında və 40-a yaxın axında, geoloji və hidroloji proseslərin toqquşması baş verdi. Hazırki mərhələdə fəlakət hadisəsi piki keçib, müəyyən çətinliklər gözlənilir, lakin, bu miqyasda deyil. Texnikanın həmin yerı daxil edilməsi prosesi gedir, çətin rayonlarda isə prevensiya tıdbirləri görülür”, – Merab Qaprindaşvili bəyan edir.