Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan Gürcüstanın bölgədəki rolundan danışdı və ölkəni Türkiyə, Qərb, Qafqaz və Orta Asiyanı birləşdirən körpü adlandırdı.
“Hürriyyət” nəşrinin verdiyi məlumata görə, bəyanatı Ərdoğan iqtidar partiyasının regional konqresində nitqlə çıxış edərkən verdi.
Onun sözlərinə görə, Türkiyə ilə əməkdaşlıqla, Gürcüstan iqtisadi fayda əldə edib, Ermənistan isə əməkdaşlığn hər bir kanalını bağlayıb.
“Ermənistan, diaspora təziqinə görə, Türkiyə ilə əməkdaşlıq üçün hər bir kanalı bağladı. Buna görə enerji, nəqliyyat və ticarət layihələrinin kənarında qaldı. Gürcüstan isə, bir tərəfdən Türkiyə və qərb, ikinci tərəfdən isə Qafqaz və Orta Asiyanı birləşdirən körpüyə çevirildi. Bununla öz gələcəyinin qayğısına qaldı. Bu iki nümunə nümayiş olunasıdır. Bizimlə dostluq edən fayda görür, etməyən isə yox”, – Rəcəb Tayyib Ərdoğan qeyd etdi.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında sərhəd bağlanıb və diplomatik əlaqələr kəsilib.