Əmək inspeksiyasının nümayəndəsi - Seysmik xidmət təsdiqlədi ki, Mindeli şaxtasında baş verən faciə günü seysmik təkanlar olmayıb
Bugün Əmək inspeksiyasının işçi qrupu Mindeli şaxtasına gedəcək və baş verən qəzanın səbəbinin seymik təkanların olub-olmadığını müəyyən edəcək.
Bu barədə məlumatı Səhiyyə Nazirliyinin Əmək İnspeksiyasının nümayəndəsi İrakli İobidze verdi.
Onun dediyinə görə, mövcud olan təhlükəyə görə, dünənki yoxlanış zamanı, hadisə yerinə çox yaxınlaşmaq mümkün olmadı.
Əmək inspeksiyasının nümayəndəsinin açıqlamasına görə, seysmik xidmət təsdiqlədi ki, faciə günü Mindeli şaxtasında seysmik təkanlar qeydə alınmayıb.
Şaxtada təhlükəsizlik normalarının qorunub-qorunmaması haqqında suala cavab olaraq isə, İobidze bəyan etdi ki, təhlükəsizlik normalarının qorunması ilə bağlı, administrasiyadan detallı məlumat gözləyirlər.
Xatırladaq ki, Tkibuli Şəhərinin, Mindeli şaxtasında baş verən qəza nəticəsində altı fəhlə həyatını itirdi, üçü isə, ağır yaralandı.
Baş verən hadisə ilə bağlı istintaq davam edir.