Əfqanıstanda yeddi Hindistanlı mühəndisi və onların sürücülərini girov götürdülər
Əfqanıstanda yeddi Hindistanlı mühəndisi və onların sürücülərini girov götürdülər. Silahlı şəxslər xarici ölkə vətəndaşlarına Baqlan vilayətində hücum etdilər.
Polisdə bəyan etdilər ki, əcnəbilər hüquqmühafizəçilərin tövsiyyəsini nəzərə almadılar və “Taliban” tərəfindən nəzarət olunan ərazidə mühafizəsiz hərəkət edirdilər. Baş verənlər üzrə məsuliyyəti üzərinə “Taliban” götürdü.
Girov götürülən mühəndislər Baqlan vilayətində yerləşən elektrik stansiyasında işləyirdilər.