Əfqanistanın Kandağar şəhərində baş verən partlayış nəticəsində ən az üç nəfər həlak oldu və 13-ü isə, ağır yaralandı.
Onların hamısı adi vətəndaşlardır.
Əfqanistan medyasının məlumatına görə, partlayış yerli vaxtı ilə səhər saat 9-da bazar ərazisində, xalq kütləsinin yığıldığı yerdə baş verdi.
Teraktla bağlı məsuliyyəti hələlik heç bir terorist təşkilatı üzərinə götürməyib.