J. D. Vance – Xoşuma gəlir ki, Roma Papası sülhün müdafiəçisidir, bu, həqiqətən onun rollarından biridir, amma necə demək olar ki, Tanrı heç vaxt qılıncdan istifadə edənlərin tərəfində olmur?
J. D. Vance – Xoşuma gəlir ki, Papa miqrasiya, abort, müharibə və sülh haqqında danışır, çünki bu, ən azı müzakirə yaradır. Son aylarda Papadan razılaşmadığım bəyanatlar olub, – bunu ABŞ-ın vitse-prezidenti bildirib.
Vensin sözlərinə görə, bəzi din xadimlərinin ABŞ siyasətini tənqid etməsindən “məyus” olsa da, yenə də Roma Papasını bəyənir və ona heyrandır.
“Mən Papaya böyük hörmət edirəm. Onu bəyənirəm. Ona heyranam. Xoşuma gəlir ki, Papa miqrasiya, abort, müharibə və sülh haqqında danışır – çünki bu, ən azı müzakirə yaradır. Əlbəttə, son aylarda Papadan razılaşmadığım bəyanatlar olub. Gəlin çox konkret bir nümunə gətirək – İranla bağlı münaqişə. Papa dedi – dəqiq sitatı xatırlamağa çalışacağam – o dedi ki, Tanrı heç vaxt qılıncdan istifadə edənlərin tərəfində olmur. Bir tərəfdən xoşuma gəlir ki, Papa sülhün müdafiəçisidir, bu, həqiqətən onun rollarından biridir. Amma digər tərəfdən, necə demək olar ki, Tanrı heç vaxt qılıncdan istifadə edənlərin tərəfində olmur? Nasistlərdən Fransanı azad edən amerikalıların tərəfində Tanrı idimi? Holokost düşərgələrini azad edən amerikalıların tərəfində Tanrı idimi? Düşünürəm ki, cavab ‘bəli’dir”, – deyə Vens bildirib.
Vensin çıxışı zamanı auditoriya üzvlərindən biri onun sözünü kəsərək qışqırıb ki, Tanrı soyqırımı dəstəkləməz. ABŞ vitse-prezidenti isə belə cavab verib: “Mən həqiqətən düşünürəm ki, cavab müsbətdir və bununla razıyam. Tanrı soyqırımı dəstəkləmir. Mənim cavabım budur: biz gələndə Qəzzada humanitar vəziyyət tam fəlakət idi və Qəzzada sülh razılaşmasına kim nail oldu? – Donald Trump”.