İzolasiyada olan şəxslər daşınan seçki qutusunu 27 oktyabr saat 14:00-a qədər tələb edə bilərlər
İzolasiyada olan şəxslər daşınan seçki qutusunu 27 oktyabr saat 14:00-a qədər tələb edə bilərlər

Mərkəzi Seçki Komissiyası tərəfindən, 45-ci qərara dəyişiklik edildi. Dəyişikliklərə əsasən, izolasiyada olan seçicilələrə daha bir gün verilir ki, MSK-dan daşınan seçki qutusu xidmətini tələb etsinlər.

Daha dəqiq olaraq, izolasiyada olan şəxslər daşınan seçki qutusunu 27 oktyabr saat 10:00-dan saaat 14:00-a qədər tələb edə bilərlər.

Qeyd olunan təşəbbüsü iclasda “Avropa Gürcüstanı” partiyasının üzvü, David Qurqenidze irəli sürdü.

Onun dediyinə görə, izolasiyada olan insanların sayı artır və müddətin uzadılması ilə, seçkilərdə iştirak etmək imkanı da artıq vətəndaşa veriləcək. Dəyişiklikləri iclasda on səslə təsdiq etdilər.

Buna qədər qeyd olunan müddət bu gün saat 20:00-da tükənirdi.

MSK-nın məlumatına görə, qeyd olunan insanlara onların olduqları yerlərinə müvafiq olaraq xüsusi qruplar xidmət göstərəcəklər. Daşınan seçki qurtusunun tələbi üçün bazada qeydiyyatdan kiçmiş izolasiyada olan insanlar 2 51 00 51 (0) nömrəsinə zən etməlidirlər.