İyunun birindən qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətlər tamamilə aradan qaldırılır
Koordinasiya şurasının bu günki qərarı ilə, iyunun birindən qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətlər tamamilə aradan qaldırılır, – bu barədə idarələrarası koordinasiya şurası yanında mövcud olan operativ qərargahın rəhbəri, Giorgi Ğibradze hökumət administrasiyasında keçirilən birifinqdə bəyan etdi.
Elə onun dediyinə görə, restoranların imkanı olacaq ki, müştəriləri qapalı məkanlarda da qəbul etsinlər.
“Bu deməkdir ki, onların imkanı olacaq ki, müştəriləri qapalı məkanlarda da qəbul etsinlər”, – Ğibradze bəyan etdi.
Toy, yas, banket və başqa osial tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.