İyunun 3-dən Kutaisi ilə Lion arasında müntəzəm uçuşlar başlayacaq
İyunun 3-dən Kutaisi ilə Lion arasında müntəzəm uçuşlar başlayacaq

 
İyunun 3-dən Kutaisi ilə Lion arasında müntəzəm uçuşlar başlayacaq. Yeni birbaşa reyslər Kutaisinin David Ağmaşenebeli adına Beynəlxalq Hava Limanından Lionun “Saint Exupéry” Hava Limanına və əksinə, həftədə iki dəfə (çərşənbə axşamı, şənbə) yerinə yetiriləcək.

Gürcüstanın Hava Limanları İttifaqında bəyan etdikləri üzrə, bu haqda qərarı Avropa, Yaxın Şərq və Afrika regionlarının ekoloji cəhətdən ən davamlı aviaşirkəti olan “Wizz Air” Gürcüstanın Hava Limanları İttifaqı ilə aparılan intensiv danışıqlar nəticəsində verib.

Gürcüstanın Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadzenin bəyanatına əsasən, yeni istiqamət Gürcüstan vətəndaşları üçün səyahət imkanını artırmağa və Gürcüstan və Fransa arasında əlaqəni gücləndirməyə imkan verir.

“İyun ayından Kutaisinin Beynəlxalq Hava Limanının sərnişinlərinə daha bir xoş yenilik təqdim edəcəyik. Lion Fransanın Parisdən sonra Gürcüstana birbaşa hava yolu ilə bağlanan ikinci şəhəri olacaq. Yeni istiqamət Kutaisi ilə Fransanın ən mühüm mədəniyyət və iqtisadi mərkəzlərindən biri arasında rahat səyahəti təmin edəcək, eləcə də bu, gürcü azarkeşlər üçün xoş yenilik olacaq, çünki onlar Lionun “Olimpik” komandasında oynayan Gürcüstan milli futbol komandasının hücumçusu Qiorqi Mikautadzenin klub oyunlarına asanlıqla qatıla və onu Avropa futbolunun ən nüfuzlu turnirində – Çempionlar Liqasında görə biləcəklər” – İrakli Karkaşadze bildirib.

Liona biletləri aviaşirkətin www.wizzair.com veb səhifəsində artıq əldə etmək olar. Bu mərhələdə “Wizz Air” Kutaisinin Beynəlxalq Hava Limanından Avropa və Yaxın Şərqin 15 ölkəsinin 23 istiqamətinə uçuşlar həyata keçirir, aprel ayından isə Madrid və Hamburqa uçuşları yenidən bərpa edəcək.