İyunun 28-dən infrastruktur işlərinə görə Tbilisinin bəzi küçələrində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
İyunun 28-dən infrastruktur işlərinə görə Tbilisinin bəzi küçələrində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.
Meriyanın məlumatına əsasən, Noe Jordania sahili və Kosta Xetaqurov küçəsinin kəsişməsində nəqliyyat qovşağının tikinti işləri başlayır, buna görə də cari ilin iyunun 28-i saat 00:00-dan iyulun sonuna qədər avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Konkret olaraq, işlərin aparıldığı dövrdə Noe Jordania sahili və Kosta Xetaqurov küçəsinin kəsişməsində olan meydanda, yolun müxtəlif tərəfində növbə ilə avtomobillərin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Həmçinin, Mtkvari çayı üzərində Ortacala SES körpüsünün tam bərpasına başlanılır. Planlaşdırılan infrastruktur işlərinə görə cari ilin iyunun 28-i saat 00:00-dan 4 ay ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. İşlərin aparıldığı dövrdə avtomobillər körpünün yalnız iki hərəkət zolağında iki istiqamətdə hərəkət edə biləcəklər” – meriyanın yaydığı məlumatda deyilir.