İyulun 4-dən 339 və 385 nömrəli marşrut xəttində 18 metrlik avtobuslar hərəkət edəcəklər

13:05, 01.07.2026

 

İctimai nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə iyulun 4-dən 339 və 385 nömrəli marşrut xəttində hərəkət edən 12 metrlik avtobuslar 18 metrlik avtobuslarla əvəzlənəcək – bu haqda Tbilisinin meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.

O, qeyd olunmuş dəyişikliklər sayəsində konkret marşrut xəttində sərnişindaşıma göstəricisinin iki dəfə artacağını deyib.

“İyulun 4-dən 339 və 385 nömrəli marşrut xəttində hərəkət edən 12 metrlik avtobuslar 18 metrlik avtobuslarla əvəzlənəcək. Qeyd olunmuş dəyişikliklər sayəsində “Axmeteli Teatrı” metro stansiyasından Qldaninin mikrorayonları istiqamətinə, Vakedən Saburtalo və Saburtalodan Vake istiqamətinə sərnişindaşıma göstəricisi iki dəfə artacaq” – Kaxa Kaladze qeyd edib.

Onun bəyanatına əsasən, Tbilisi Nəqliyyat və Şəhər İnkişafı Agentliyi vətəndaşların bələdiyyə nəqliyyatı ilə daha sürətli və rahat hərəkət edə bilməsi üçün oxşar dəyişiklikləri aktiv şəkildə davam etdirir.

Oxşar