İyulun 30-u günün ikinci yarısından iyulun 31-i günün ikinci yarısınadək Şida Kartli, Mtsxeta-Mtianeti və Kaxeti bölgələrində vaxtaşırı yağış yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir

18:35, 29.07.2026

 

İyulun 30-u günün ikinci yarısından iyulun 31-i günün ikinci yarısınadək Şida Kartli, Mtsxeta-Mtianeti və Kaxeti bölgələrində vaxtaşırı yağış yağacağı, şimalda – dağlıq rayonlarda bəzi yerlərdə güclü olacağı gözlənilir – bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Sinoptiklərin proqnozuna əsasən, şimşək çaxa, dolu düşə və duman ola bilər.

“Gözlənilən güclü yağıntılar kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Oxşar