İyulun 16-dan oktyabrın 31-dək Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yolunun km12-km32 hissəsində xüsusi hərəkət rejimi tədbiq olunacaq
İyulun 16-dan oktyabrın 31-dək Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yolunun km12-km32 hissəsində xüsusi hərəkət rejimi tədbiq olunacaq

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta daxili dövlət əhəmiyyətli yolun km12-km32 hissəsində Avtomobil Yolları Departamenti tərəfindən təbii fəlakətlər nəticəsində yaranan sürüşmə-eroziya proseslərinin qarşısının alınması üçün tədbirlər həyata keçirilir.

İdarədən verilən məlumata görə, görülən işlərlə əlaqədar sözügedən hissədə 2022-ci il iyulun 16-dan oktyabrın 31-dək hər həftənin şənbə günü saat 15:00-dan bazar ertəsi saat 09:00-dək avtonəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Günün başqa hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir.