İyulun 16-da Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək

18:31, 15.07.2026

 

İyulun 16-da Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Gürcüstana rəsmi səfər edəcək. Məlumatı Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti yayır.

Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi saat 11:30-da Prezident Sarayında keçiriləcək.

Səfər çərçivəsində Prezident Sarayında Türkmənistan Prezidentinin Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ilə təkbətək görüşü planlaşdırılır.

Prezident Administrasiyası, liderlərin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional gündəliyi müzakirə edəcəklərinə dair məlumat verir.

Oxşar