İyulun 15-dən Tbilisi ilə Şanxay arasında birbaşa müntəzəm aviareyslər yerinə yetiriləcək
İyulun 15-dən Tbilisi ilə Şanxay arasında birbaşa müntəzəm aviareyslərə başlanılacaq. Bu barədə məlumatı Gürcüstan Hava Limanları Birliyi yayır.
Onların məlumatında, aviareysləri “China Eastern Airlines” aviaşirkətinin yerinə yetirəcəyi deyilir. Uçuşlar həftədə 3 dəfə – çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.
“China Eastern Airlines” Gürcüstan ilə Çin arasında birbaşa müntəzəm reyslər yerinə yetirəcək üçüncü Çin aviaşirkətidir.
Yeni istiqamət turizmin, biznesin və ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə kömək edəcək. Vizasız rejimlə birlikdə iki ölkə arasında səyahət etmək daha da asanlaşacaq” – Hava Limanları Birliyinin yaydığı məlumatda deyilir.