İvane Maçavariani tütün qiymətinin bahalanması barəsində məlumatı inkar edir
Maliyyə naziri, İvane Maçavariani tütün qiymətinin bahalanması barəsində məlumatı inkar edir.
Maçavarianinin qeyd etdiyinə görə, assosiyasiya razılaşması öhdəliyi ilə, Gürcüstan Avropa İttifaqına vergitutma baxımından bərabərləşməlidir, bu müddət nazirin dediyinə görə, 2026-cı ilə qədər uzadıldı.
“Mənim Parlamentdə tütün barəsində təqdimatım ki, sanki 15 lari olacaq, tamamiə həqiqətə uyğun deyil. Biz 2014-cü ildən tütün barəsində öhdəlik götürmüşük ki, səhv etmirəmsə, Avropa İttifaqına vergitutma baxımından bərabərləşməliyik. İlk “dedlayn” 2022-ci il idi. Lakin yenidən danışıqlar nəticəsində müddət 2026-cı ilədək çəkildi.
Həmçinin əminəm ki, biz 2026-cı ildə də müddəti uzadacağıq, çünki Avropa İttifaqının vergitutması kifayət qədər böyük olacaq. 2021-ci ilin sonunda da daha iki illik planı təqdim edəcəyik. Bərabərlədirmə Avropa İttifaqına daxil olarkən və ya daxil olmadan öncə baş verəcək”, – Maçavariani bəyan etdi.