İvane Maçavariani - təzminatın alınması üçün Gəlirlər Xidmətinə bu vaxt üçün 14 300-dən artıq insan müraciət edib
Gürcüstan Maliyyə naziri, İvane Maçavarianinin bəyan etdiyinə görə, təzminatın alınması üçün Gəlirlər Xidmətinə bu vaxt üçün 14 300-dən artıq insan müraciət edib.
İvane Maçavarianinin koordinasiya şurası iclasının başa çatmasından sonra bəyan etdiyinə görə, göstəricilər artıq Səhiyyə Nazirliyinə göndərilib və təzminatın ödənilməsinə tezliklə başlanacaq.
“28 noyabrdan qüvvəyə minən məhdudiyyətlərin aid olduğu stehlakçılara bir daha müraciət etmək istəyirəm ki, Gəlirlər Xidmətinin müvafiq formanın olduğu portalından istifadə etsinlər. Çox asan bir forma doldurulasıdır. Bundan sora biz bu formanı Səhiyyə Nazirliyinə göndərəcəyik və oradan təzminatın ödənilməsi baş verəcək. Hamıya xatırlatmaq istəyirəm ki, qeyd olunan proses 24 dekabra qədər davam edəcək. Lakin 28 dekabra qədər dəqiqləşdirmək mümkün olacaq. Önəmlidir ki, bu göstəricilər düzgün çatdırılmış olsun. Bildirmək istəyirəm sistem tam gücü ilə işləyir, burada sual-cavab hissəsi də var. Bütün suallara cavab ala biləcəklər”, – Maçavariani bəyan etdi.